2024-12-09 23:22:38

Əmək müqaviləsi bağlanılarkən aşağıdakı müddəalara diqqət edilməlidir:

Əmək məcəlləsinin 43-cü maddəsinə əsasən əmək müqaviləsində aşağıdakı müddəalar öz əksini tapmalıdır:

  • əmək müqaviləsinin müddəti;
  • işçinin əmək funksiyası;
  • işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması;
  • tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;

Əmək məcəlləsinin 51-ci maddəsinə əsasən, əmək müqaviləsi sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.

Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.